İspaniya klubu azərbaycanlı istedadı harada və necə bəyənib?

12 Mart 2023 19:00 Bizimkilər 4 071
İspaniya klubu azərbaycanlı istedadı harada və necə bəyənib?

Yaxınlarda İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilıə imzalayıb.

Aşağı liqada mübarizə aparan “Deportivo Penas Oskenses” Rəsul Məmmədovla münasibətlərini rəsmiləşdirib.

İki həftə ərzində baxışdan keçən 2005-ci il təvəllüdlü hücumçu 4 iI bu ölkədə lıegioner həyatı yaşayacaq.

O, Azərbaycanda ROFM-un formasını geyinib. Rəsul əməkdar məşqçi Adil Mahmudovun tələbəsidir və onun vasitəsilə İspaniyaya yollanıb.

Mahmudov Sportinfo.az-a yetirməsi haqda maraqlı açıqlama verib:

“O, daha əvvəl “Qəbələ”də oynayıb. Oradan mənim yanıma gəldi, xaricə getmək istədiyini bildirdi.

İki ildən artıq müddətdə onun üzərində işlədim. Həm komanda, həm də fərdi çəkildə məşqlər keçdim.

Əlimdən gələni etdim ki, bu uşaq artırsın. Oyunların videosunu çəkib bir neçə yerə göndərdik.

Mənim öz “kanallar”ım var. Beləcə, bəzi xarici klublara çıxdıq. İspaniyaadan əlaqə saxladılar, Rəsulla maraqlandıqlarını bildirdilər.

O, həmyaşıdlarından öz oyunu və vurduğu qollarla seçilir. Bacarığı çox yüksəkdir.

Rəsulu Azərbaycanda da istəyən klublar az deyildi. Lakin özü burada qalmaq fikrində deyildi. Deyirdi ki, xaricə getsəm, daha yaxşı olar.

17 yaşlıların istənilən komandasına apar ver, rahat-rahat oynayacaqdı. “Deportivo Penas Oskenses” Rəsulu iki həftə baxışdan keçirdi, sonar rəsmi müqavilə imzaladı.

İndi oranın həm 18 yaşlılarında, həm də əvəzedici heyətində oynayır. Sevinirəm ki, üstündə əziyyət çəkdiyim azərbaycanlı yeniyetmə İspaniyaya getdi.

Bu, futbolumuz üçün tarixi hadisədir və mənim bunda imzam var.

Məktəbimizin direktoru Kazbek Tuayev komandanın inkişafı, prespektivli gənclərin üzə çıxması üçün bizə hər cür şərait yaradıb”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!