Azərbaycanın müdafiə naziri yeni göstəriş verdi

11 Mart 2023 19:30 Bizimkilər 511
Azərbaycanın müdafiə naziri yeni göstəriş verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov silahlanmaya yeni qəbul edilən silahlarla bağlı göstəriş verib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir bu haqda keçirdiyi xidməti müşavirədə danışıb.

General-polkovnik silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.

Eyni zamanda Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə tapşırıqlar verilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!