VİDEO: Millimizin vingerinin komandası "Ayaks"a 5 qol vurdu

12 Mart 2023 01:00 Bizimkilər 503
VİDEO: Millimizin vingerinin komandası "Ayaks"a 5 qol vurdu

Niderland I Divizionunda XXVIII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Ayaks"ın gənclər komandasını qəbul edib.

Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qələbəsiylə başa çatıb. Ozan Can da bu matçın iştirakçısı olub.

24 yaşlı vinger görüşə start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib.

Xallarını 45-ə yüksəldən "Eyndhoven" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!