Azərbaycanlı futbolçu Region Liqasını Almaniya klubuna dəyişdi

11 Mart 2023 17:40 Bizimkilər 898
Azərbaycanlı futbolçu Region Liqasını Almaniya klubuna dəyişdi

Azərbaycanlı futbolçu Almaniya klubundan dəvət alıb.

Söhbət Region Liqasında Zəngilanı təmsil edən "Çinar"ın şərəfin qoruyan Kənan Məmmədovdan gedir.

Kənan Sumqayıt futbolunun yetirməsidir. Artıq neçə ildi futbol həyatı həvəskarların yarışından ibarətdir.

Yarımmüdafiəçini heyətində görmək istəyən klub Almaniya aşağı liqa təmsilçisi "Vatanspor"dur.

Klub türkiyəli iş adamlarına məxsusdur.

Avropa təmsilçisi Kənanın düşərgəyə gəlməsi üçün lazım olan bütün sənədləri yoluna qoyub.

Həmyerlimiz qısa müddətdə yeni komandasına qoşulacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!