Azərbaycanlı məşqçi Premyer Liqa klubunu çalışdıra bilər - RUSİYADA

11 Mart 2023 13:00 Bizimkilər 4 543
Azərbaycanlı məşqçi Premyer Liqa klubunu çalışdıra bilər - RUSİYADA

Rusiya Premyer Liqasında mübarizə aparan “Ximki” baş məşqçisi ilə yollarını ayıra bilər.

Bu barədə Rusiyanın “RB Sport” saytı məlumat yayıb.

Xəbərdə Qoqniyevin futbolçularla yola getmədiyi, klub rəhbərliyinin buna görə baş məşqçini yola salmaq istəyində olduğu bildirilib.

Qoqniyev bir müddət öncə fitnes zalında məşq edən Ayaz Quliyev və Dmitriy Tixinlə insident yaşamışdı ki, məlum qalmaqala Rusiya mətbuatında geniş yer ayrılmışdı.

Komanda daxilində vəziyyətin ürəkaçan olmaması klub rəhbərliyini qərar qəbul etməyə məcbur edib. Başbilənlər futbolçularla danışandan sonra onun taleyinə aydınlıq gələcək.

Qoqniyev istefaya göndərilsə, hazırda əvəzedici komandanı çalışdıran Nazim Süleymanovun Premyer Liqaya yolu açıla bilər.

“Ximki” 18 turdan sonra topladığı 13 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!