Mahir Türkiyə mediasına əmin-arxayın danışdı, ümid verdi: "Tezliklə gələcək"

10 Mart 2023 23:00 Bizimkilər 626
Mahir Türkiyə mediasına əmin-arxayın danışdı, ümid verdi: "Tezliklə gələcək"

"Konyaspor"un yeni transferi Mahir Emreli Türkiyə mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə Türkiyə Superliqasının 24-cü turunda rəsmi debüt etdiyi "Giresunspor"a qarşı oyun (0:0) barədə danışıb:

"Giresunspor"la matç yeni oyunçularla birlikdə ilk matçımız idi. Bu qarşılaşmada qələbə qazanmağı çox istəyirdik.

Uzun müddətdir qalibiyyət əldə etməmişik və qolumuz da yoxdur. 3 xal qazanmaq istəyimiz meydanda da görünürdü.

Müdafiədə çox qalmadan daha çox hücum etmək istədik. Deməli, bu mübarizə və futbol qələbə üçün bəs etmədi".

25 yaşlı hücumçu qarşıdakı görüşlərdə daha çox çalışıb, mübarizə aparmalı olduqlarını söyləyib:

"Hücumda yaradıcı olmalıyıq. Hələ itkilərimiz var. Bunları həll etməyə çalışacağıq. İnanıram ki, gec və ya tez qələbələr və qollar gələcək".

Mahir Emreli qış fasiləsində Zaqreb "Dinamo"sundan bu mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubuna keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!