«Bu dəqiqə çörəyim klublarımıza futbolçu gətirməkdən çıxır deyə, diqqətimi bu işə yönəltmişəm».
Menecer Erkin İbrahimov Sportinfo.az-a açıqlamasında belə deyib.
«Neftçi»nin yarımmüdafiəçisi Ramin Nəsirlini Latviyaya – «Dauqavpils»ə aparan tanınmış agent bildirib ki, bu ölkədə legioner həyatı yaşamasına vasitəçilik etdiyi oyunçulara görə indiyədək gəliri olmayıb:
«Əvvəl evin içidir, sonra çölü. Açığı, indiyə qədər azərbaycanlı futbolçuları Baltikyanı ölkələrə aparmağıma görə heç nə qazanmamışam.
Əksinə, pis çıxmasın, cibimdən xərcləyirəm.
Bəzi ölkələrdə çempionat martda başlayır. Yəni hələ vaxt var.
Görək hansı futbolçular işsiz qalacaq, kim xaricə getmək istəyəcək. Ondan sonra nəsə fikirləşmək olar».

