Türkiyəli jurnalistlər Mahir Emreli haqda bu sözləri yazdı

10 Mart 2023 12:40 Bizimkilər 5 761
Türkiyəli jurnalistlər Mahir Emreli haqda bu sözləri yazdı

Türkiyədə "Konyaspor"un yarımmüdafiəçisi Mahir Emrelinin Superliqanın 23-cü turunun "Giresunspor"la oyunundakı (0:0) debütü dəyərləndirilib.

Sportinfo.az xəbər verir ki, "Yeni Haber" Emrelinin sağ cinahda o qədər effektli olmadığını yazıb.

Türkiyəli həmkarlarımız millimizin forvardının fərqli mövqelərdə daha çox xeyir verə biləcəyini qeyd ediblər:

"Mahir karyerası ərzində hücumun mərkəzində və ya sol cinah vingeri kimi daha faydalı olardı. Çünki əvvəlki matçlarında bunu görmək mümkündür".

Bununla yanaşı, Emrelinin 58 dəqiqə ərzində göstərdiyi statistik rəqəmlər xüsusi qeyd olunub.

O, meydanda olduğu 58 dəqiqə ərzində 40 dəfə top qəbul edib, 33 ötürmə verib ki, onlardan 84,8 faizi dəqiq olub. Bununla yanaşı, millinin üzvü qapıya iki zərbə ilə də yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!