"Mən Azərbaycan yığmasında oynamaq istəyərdim, amma..."

10 Mart 2023 03:30 Bizimkilər 1 542
"Mən Azərbaycan yığmasında oynamaq istəyərdim, amma..."

"Aleksandriya"nın azərbaycanlı futbolçusu Emil Mustafayev sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Ukrayna mətbuatında bu ölkənin yığmasından imtina etməsi haqda çıxan xəbərlərə münasibət bildirib.

Mustafayevin sözlərinə görə, ona Ukrayna yığmasında oynamağı "Aleksandriya"dan baş məşqçisi olan Ruslan Rotan təklif edib:

"Doğrudur, Ukrayna yığmasında oynamaq imkanım var idi. Ukrayna yığmasında oynamağı mənə Ruslan Rotan təklif etmişdi.

Həmin vaxtı ona dedim ki, mən artıq Azərbaycanın U-21 yığmasında oynamışam. Rotan bildirdi ki, bu barədə düşünə bilərsən.

Düzü, sonradan bu mövzu bağlandı. Bir daha müzakirə etmədik. Əlbəttə ki, mən Azərbaycan yığmasında oynamaq istəyərdim.

Amma Ukrayna da mənim ölkəmdir. Burada dünyaya gəlmişəm, futbola Ukraynada başlamışam.

Necə olacağını zaman göstərəcək. Bu barədə nəsə deyə bilməyəcəm. Zamanla görəcəyik. İndi bütün fikrimi "Aleksandriya"nın oyunlarına yönəltmişəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!