İki azərbaycanlı AÇ-nın elit-raunduna təyinat aldı

9 Mart 2023 23:20 Bizimkilər 579
İki azərbaycanlı AÇ-nın elit-raunduna təyinat aldı

Azərbaycanın FIFA hakimləri 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əsas referi Elçin Məsiyev və köməkçi Pərvin Talıbov martın 22-dən 28-dək Polşada təşkil ediləcək 6-cı qrupun matçlarında iş başında olacaqlar.

Həmin qrupda İsrail, Polşa, Serbiya və Latviya milliləri mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!