İki gənci Azərbaycandan kənara çıxaran menecerdən MARAQLI AÇIQLAMA

9 Mart 2023 20:00 Bizimkilər 925
İki gənci Azərbaycandan kənara çıxaran menecerdən MARAQLI AÇIQLAMA

Bilindiyi kimi, iki gənc azərbaycanlı yarımmüdafiəçi - "Neftçi"dən Ramin Nəsirli və "Turan Tovuz"dan Nazim Həsənzadə ölkə xaricinə çıxıb.

Cütlük Latviyada legioner həyatı yaşayacaq.

"Dauqavpils"də icarə əsasında çıxış edəcəklər. “Ağ-qaralar”ın yetirməsi olan 20 yaşlı Nəsirli bu ilin sonunadək Latviyada forma geyinəcək.

“Neftçi-2”nin aparıcı futbolçularından olmuş Ramin əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb.

O, Azərbaycanın U-21 yığmasının da üzvüdür. Nazin isə yayadək "Dauqavpils"də özünü göstərməyə çalışacaq.

Nəsirli ilə Həsənzadənin keçidinə vasitəçilik etmiş tanınmış menecer Erkin İbrahimovdur. O, Sportinfo.az-a açıqlamasında bunları söyləyib:

"Dauqavpils"in məqsədi onları oynadıb, daha yaxşı klublara göndərməkdir. Raminə belə bir təklif gəlsə, “Neftçi” də köməklik göstərəcək.

"Dauqavpils"lə bu cür razılaşmışıq. Nazim isə mayadək “Dauqavpils"də olacaq. Ondan sonra bəlkə qaldı, bəlkə başqa yerə getdi.

Latviyada bizim uşaqları çox yaxşı qarşıladılar. Həm “Neftçi”, həm də “Turan Tovuz” sağ olsun, transfer pəncərəsinin bağlanmasına saatlar qalmış sənəd məsələsini həll elədilər.

AFFA da cavan futbolçuların xaricə göndərilməsinə dəstək verir. Logistika və viza baxımından. Bu, Azərbaycan futbolu üçün lazımdır.

O gün gənclər yığmasının baş məşqçisi Samir Əliyev də zəng vurmuşdu. Onları xaricə çıxardığım üçün öz təşəkkürünü bildiridi.

Ramin və Nazim U-21-ə çağırılacaqlar. Latviya da bir yoldur.

Bu yolu cavan futbolçularımızın üzünə açırıq, köməklik göstəririk. Kimdə perspektiv görürürük, kənara çıxarmağa çalışırıq.

Hər iki futbolçu Latviya çempionu olan RFS-ə qarşı yoxlama görüşündə çox yaxşı təsir bağışladılar.

Düzdür, rəqib tam əsas heyəti ilə oynamırdı, amma avrokuboklarda bu mövsüm "Fiorentina" ilə 1:1 bitən oyunda meydana çıxmış. futbolçulardan beşi start heyətində meydana çıxmışdı.

Ramin və Nazim çox yaxşı təsir bağışladı, çox bəyənildilər. elə orada menecerlər, bəzi klubların menecerləri onlarla maraqlandı.

İlkin təəssürat çox yaxşıdır. Həftəsonu burada çempionat start götürür.

Ümidvaram ki, hər şey yaxşı olacaq. Ramin və Nazim başlarını aşağı salıb, öz üzərlərində çalışacaqlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!