Azərbaycanlı kişi həyat yoldaşı və iki övladı ilə itkin düşüb - Ukraynadan VİDEO

8 Mart 2023 03:30 Bizimkilər 563
Azərbaycanlı kişi həyat yoldaşı və iki övladı ilə itkin düşüb - Ukraynadan VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə ölkənin mərkəzi və cənub vilayətləri Rusiya ordusunun kütləvi dron və raket hücumlarına məruz qalıb.

Məlumata görə, Donetsk vilayətinin Uqledar və Baxmut şəhərlərindəki döyüşlər intensiv davam edir, hər iki tərəfdən xeyli itkilər var.

“Ötən gecə ərzində ümumilikdə cəbhədə 600-dən çox Rusiya hərbçisi məhv edilib”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, Baxmutda Ukrayna vətəndaşı olan azərbaycanlı Əli Hacıyev, onun həyat yoldaşı və iki yeniyetmə övladı itkin düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!