Azərbaycanlı hücumçu məşhur klubun məğlubiyyətinə sevindi - VİDEO

6 Fevral 2023 09:20 Bizimkilər 584
Azərbaycanlı hücumçu məşhur klubun məğlubiyyətinə sevindi - VİDEO

İsveçrə Super Liqasında 19-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Bazel"i qəbul edib.

Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 61-ci dəqiqədə meydana daxil olub.

Xallarını 24-ə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti