"Kaşuk Azərbaycanda özünü göstərdi, Ukraynada bunu edə bilməmişdi"

6 Fevral 2023 02:10 Bizimkilər 373
"Kaşuk Azərbaycanda özünü göstərdi, Ukraynada bunu edə bilməmişdi"

Sportinfo.az xəbər verir ki, Ukrayna Premyer Liqasının "İnqulets" klubunun azərbaycanlı müdafiəçisi Dmitri Nağıyev sportal.az-a müsahibə verib.

- Təlim-məşq toplanışınız necə gedir? Bu mövsüm əsas məqsədiniz nədən ibarətdir?
- Toplanışımız yaxşı səviyyədə gedir. Bir neçə gündən sonra ilk oyunumuzu oynayacağıq. Məqsəd oyunumuzu yaxşılaşdırmaq və bacardıqca çox xal toplamaqdır.

- Qışda komandanı tərk etməyin üçün təklifin var idi, yoxsa özün də qalmaq istəyirdin?
- Düzünü deyim, bu qış cəmi bir konkret təklifim oldu. Məni transfer etmək istəyirdilər. Ancaq mənim "İnqulets"lə yaya qədər müqaviləm qüvvədədir. Ona görə də, qaldım və ayrılmadım.

- Yeri gəlmişkən, fevralın 4-də "Dinamo" (Kiyev) səfərinə yollanacaqsınız. Həmin oyunda qalib gəlmək mümkün olacaq?
- Bəli, "Dinamo"(Kiyev) çempionatın liderlərindəndir. Ölkənin də nəhəng komandalarındandır. Çalışacağıq ki, rəqibin kimliyindən asılı olmayaraq üzərimizə düşəni edək və xal qazanaq. Hər halda, bu mövsüm onlara qarşı yaxşı futbol oynamışdıq. Sadəcə sonda 1:2 uduzduq.

- Ukraynadan Azərbaycana gələn futbolçular arasında Vladislav Kulaç oldu. O, "Dinamo"dan ayrılaraq "Zirə"yə keçdi. Kulaç barədə hansı fikirdəsən?
- Kulaç çox yaxşı futbolçudur. Əgər o, adaptasiya prosesini yaxşı keçərsə, komandasına xeyir verəcək. Təbii ki, hər şeyi zaman göstərəcək.

- Azərbaycan Premyer Liqasında çıxış edən ən güclü ukraynalının Aleksey Kaşuk olduğunu desək, yəqin ki, yanılmarıq. "Sabah"da özünü ən yaxşı tərəfdən göstərir. Kaşuk barədə düşüncən necədir?
- Kaşuk haqda da xoş fikirlər səsləndirmək olar. Çünki həqiqətən mənə yaxşı futbolçular haqda sual verirsiz. Kaşuk Azərbaycanda öz komandasını tapdı. Hər halda, o, "Sabah"da özünü göstərdi, sanki orada "çiçəklən"di. Ukraynada isə o, bunu edə bilməmişdi. Nəzərə alaq ki, "Sabah"ın bu mövsüm olduqca güclü komandası var.

- "Sabah" Kaşuku transfer etmək üçün "Şaxtyor"la danışıqlar aparır. Sizcə, Donetsk klubu onun transfer hüquqlarını "Sabah"a verəcək?
- Bu suala yalnız "Şaxtyor" tərəfi cavab verə bilər. Onların rəsmiləri məsələ haqda daha uyğun nəsə söz sahibidir. Məncə, hər şey mümkündür.

Digər Xəbərlər
Xəbər Lenti