Mahir az oynadı, "Slaven" onu sevindirmədi

5 Fevral 2023 11:00 Bizimkilər 662
Mahir az oynadı, "Slaven" onu sevindirmədi

Xorvatiya çempionatında 20-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Slaven Belupo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Dinamo” 20 turdan sonra 46 xalla zirvədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!