"Mənə Xankəndidən xeyli erməni yazır, əlimdə faktlar var"

3 Fevral 2023 03:40 Bizimkilər 606
"Mənə Xankəndidən xeyli erməni yazır, əlimdə faktlar var"

"Ötən ilin 12 dekabrında bir qrup qeyri-hökumət təşkilatı və vətəndaş cəmiyyəti üzvü Qarabağdakı separatçı rejim tərəfindən yeraltı, yerüstü sərvətlərimizin, qızıl, mis-molibden mədənlərimizin talanı, xüsusən də həmin mədənlərdən çıxarılan zəhərli maddələrin Qarabağ təbiətini zəhərləməsi əleyhinə Xankəndi-Şuşa yolunda aksiyaya başladı.

Həmin mədənlər Rusiya sülhməramlılarının nəzarəti altında olduğu üçün kontingentin komandanı Andrey Volkova şifahi və yazılı şəkildə öz narazılığımızı bildirmək istədik.

Lakin o, gəlmədi, bizə qarşı sayğısızlıq etdi. Beləliklə, nəzərdə tutduğumuz 1 günlük aksiya bu günə qədər davam etməkdədir".

Bunu musavat.com-a "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov deyib.

WhatsApp Image 2023-02-02 at 16.18.56.jpeg (198 KB)

O, aksiyada 6 gün iştirak etdiyini bildirib:

"Belə qərara gəlindi ki, gənclərimiz, tələbələr bizi əvəz etsinlər.

193a975c4893c916b30b036de28acfc4.jpg (290 KB)

Erməni tərəfi bu günə qədər çalışır ki, Azərbaycana ləkə yaxmaqla beynəlxalq təşkilatlarda aksiya iştirakçılarını xüsusi xidmət orqanlarının əməkdaşları, ekologiya ilə əlaqəsi olmayan şəxslər kimi qələmə versin. Guya Qarabağdakı ermənilərə qarşı soyqırım hazırlanır. Guya biz tərəfdən humanitar yol bağlanıb, onların gedib-gəlmələrinə mane oluruq, xəstələri xəstəxanalara apara bilmirlər. Lakin ermənilərin bu yalanları ifşa edildi. Yolu bağlayan da, açan da sülhməramlılar idi. Orada əlisilahsız ictimaiyyət iştirak edir. Onlar hansı yolu açıb-bağlaya bilərlər? Biz sübut etdik ki, humanitar yol açıqdır.

b2907763-b0a4-3c27-a1bf-15a201fcea79.jpg (399 KB)

Bundan sonra digər təxribatlara keçdilər. Guya biz onların işığını, qazını kəsmişik, blokadada qalıblar. Bilirsiniz ki, Qarabağda qış ayları sərt keçir. Belə havalarda hansısa qəza baş verirsə, bunu Azərbaycanın ayağına yazmağın yeri yoxdur.

Hesab edirəm ki, blogerlər prosesə cəlb olunmalıdır. Lakin təəssüflər olsun ki, blogerlər daxili siyasətin üzərinə düşüblər, müxtəlif bəhanələr axtarırlar. Halbuki onlar beynəlxalq təşkilatlara mövcud durumu çatdırmalıdır.

WhatsApp Image 2023-02-02 at 16.19.36.jpeg (32 KB)

Beynəlxalq təşkilatlar niyə Naxçıvanın blokadasından danışmır? Naxçıvan Azərbaycanla ancaq hava yolları və İran vasitəsilə əlaqə saxlayır. İran da istənilən vaxt o yolu bağlaya bilər. Biz Naxçıvan məsələsini gündəmə gətirməliyik.

cd650002-45b8-392a-a35d-6433c801fb51_850.jpg (203 KB)

Əgər Naxçıvandan ağır xəstə Bakıya gətirilməlidirsə, hava şəraiti pis olduğuna görə təyyarələr uça bilmirsə, İran da yolları bağlasa, həmin şəxsin vəziyyəti necə olacaq? Xankəndidə olan xəstələr xəstədir, bizimkilərə tibbi yardım lazım deyil? Xarici müşahidəçilər Naxçıvana da getsinlər, görsünlər onlar hansı əziyyətləri çəkirlər. Vətəndaş cəmiyyəti, media nümayəndələri bu məsələdə aktiv olmalıdır. Tələblərimiz yerinə yetirilənə qədər müddətsiz sakit missiyamızı həyata keçirəcəyik.

0f4fed2d-190a-38eb-a9c2-5dfc209506eb_850.jpg (101 KB)

Mənə Xankəndidən xeyli erməni yazır ki, biz burada terrorçuların əlində qalmışıq, hərəkət edə bilmirik, maddi vəziyyətimiz çox pisdir. Bizi bu terrorçulardan xilas edin. Deyirlər ki, Xankəndiyə gələn ərzağı vəzifəlilər yeyir, danışan kimi bizi cəzalandırırlar. Ərzağı talonla alırıq. Məndən xahiş edirlər ki, bizə dəstək olun. Əlimdə faktlar var. Separatçı rejimin dırnaqarası liderlərinin əməllərini dünyaya çatdırmaq lazımdır. Vardanyandan sonra onların vəziyyəti daha da pisləşib".

Telman Qasımov qeyd edib ki, ermənilər 200 nəfərlik Avropa missiyasının gəlməsinə də sevinməsinlər:

9261670d-4d09-3a33-a07b-38d42206817e.jpg (80 KB)

"O missiya siyasi qərar verə bilməz. ATƏT-in Minsk qrupu hansı siyasi qərar verə bildi ki, bu missiya da nəsə edə bilsin. Avropa İttifaqının 200 nəfərlik missiyasının Ermənistana gəlməsinin əsas məqsədi Rusiya və İrandır. Ermənilər, Laçın yolu onlar üçün bir bəhanədir. O missiya Gürcüstanda hansı problemi həll edib ki, indi də Ermənistanda nəsə edə bilsin".

Digər Xəbərlər
Xəbər Lenti