
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Qrasshopper"də növbəti qolunu vurub.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu "Bazel"ə qarşı İsveçrə kubokunun 1/8 final mərhələsinin oyununda fərqlənib.
Dadaşov 53-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, 61-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Rəqibinə 3:5 hesabı ilə uduzan "Qrasshopper" mübarizəni dayandırıb.
Renat Dadaşov 2022-ci ilin yayında İsveçrə klubuna keçib. Forvard komandanın heyətində bu mövsüm 5 qola imza atıb.