Polşanın IV liqa klubu pul tapmadı, azərbaycanlı legionerlə yolları ayırdı

31 Yanvar 2023 13:20 Bizimkilər 683
Polşanın IV liqa klubu pul tapmadı, azərbaycanlı legionerlə yolları ayırdı

"Zirə", "Sabah" və "Səbail"in sabiq futbolçusu Elgün Nəbiyev Polşanın "Limanoviya" klubundan ayrılıb.

Sportinfo.az IV liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Klub təcrübəli vingerin çıxışından razı olsa da, maliyyə problemlərinə görə bu addımı atıb.

Elgün Nəbiyev ötən mövsümün əvvəlindən "Limanoviya" komandasında çıxış edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!