Azərbaycanlı futbolçu üçün 80 min avro transfer məbləği ödədilər

30 Yanvar 2023 00:40 Bizimkilər 1 507
Azərbaycanlı futbolçu üçün 80 min avro transfer məbləği ödədilər

"Ufa"nın futbolçusu Ruslan Fişenko Rusiyada komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi birinci divizionda yarışan "Rodina"ya keçib.

Moskva klubu 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün qarşı tərəfə 80 min avro transfer məbləği ödəyib.

Əslən azərbaycanlı olan Ruslan 2026-cı il iyunun 30-na qədər "Rodina"ya məxsus olacaq.

Fişenkonun xidmətində Azərbaycandan maraqlı olan klublar olsa da, o, Rusiyada qalmağa üstünlük verib. Ruslan Azərbaycanın U-19 yığmasının sabiq üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!