Mahir meydana gec döndü, "Dinamo" qələbə qazandı - VİDEO

29 Yanvar 2023 13:20 Bizimkilər 846
Mahir meydana gec döndü, "Dinamo" qələbə qazandı - VİDEO

Xorvatiya çempionatında 19-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Lokomotiva"nı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 70-ci dəqiqədə Yosip Drmiçin əvəzinə meydana daxil olub.

Xallarını 45-ə yüksəldən "Dinamo" liderliyini davam etdirir. Zaqreblilər ən yaxın izləyicisi olan "Hayduk"u 7 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti