Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?

27 Yanvar 2023 18:50 Bizimkilər 1 519
Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?

Azərbaycanın İrandakı səfirliyinə edilən terror aktı zamanı cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub.

Həmin şəxs səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyevdir.

O, səfirliyimizə edilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atılıb və onu zərərsizləşdirib.

Əslən Şuşadan olan V. Tağıyev ailəlidir, üç övladı var.

Yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!