Yeni baş məşqçi millimizin eks futbolçusunu kapitanlıqdan məhrum etdi

25 Yanvar 2023 00:40 Bizimkilər 472
Yeni baş məşqçi millimizin eks futbolçusunu kapitanlıqdan məhrum etdi

Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniya klubu “Ertsgebirge”də kapitanlıqdan məhrum edilib.

Sportinfo.az “blick.de”yə istinadən xəbər verir ki, bunu baş məşqçi Pavel Dotçev açıqlayıb.

2022-ci ilin dekabrında komandanın sükanı arxasına gətirilən bolqarıstanlı mütəxəssis kapitanlıq sarğısının yenidən qapıçı Martin Mannelə verilməsini qərara alıb. Nazarov bundan sonra komandanın vitse-kapitanı olacaq.

Dmitri Nazarov 2016-cı ildən Aue təmsilçisində çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu