Azərbaycan yığmasının oyunçusu Almaniya klubunun son qolunu vurdu - VİDEO

23 Yanvar 2023 02:00 Bizimkilər 1 032
Azərbaycan yığmasının oyunçusu Almaniya klubunun son qolunu vurdu - VİDEO

Almaniya 3-cü liqasında 19-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Bayroyt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qəbələ ilə ayrılıb – 4:0.

Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da Nazarov vurub.

O, 45+1-ci dəqiqədə sarı vərəqə alıb, 76-cı dəqiqədə isə matçda son nöqtəni qoyub.

“Ersgebirge” hazırda 20 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!