Mahir coker olacaq? - "Bəlkə də onun burada"ömürlük şansı" var"

22 Yanvar 2023 13:40 Bizimkilər 1 434
Mahir coker olacaq? - "Bəlkə də onun burada"ömürlük şansı" var"

Xorvatiyanın "Sportske novosti" nəşri azərbaycanlı hücumçu Mahir Emreli haqda yazıb.

Sportinfo.az xəbər verir ki, yazıda Zaqreb təmsilçisinin əsas hücumçusu Bruno Petkoviçin zədələnməsinin 25 yaşlı forvard üçün şans olduğu qeyd olunub:

"Petkoviçin zədəsi məşqdə özünü yaxşı sübut edən Mahir Emreli üçün yeni fürsət açılır. Bəlkə də onun "Dinamo"da "ömürlük şansı" var.

Qış toplanışı başlamazdan əvvəl hətta Emrelinin klubdan ayrıla biləcəyi ehtimal edilirdi, amma indi o, Ante Çaçiçin cokerinə çevrilə bilər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!