Azərbaycanlı milyarder sahibi olduğu kluba "süpürgə çəkdi"

22 Yanvar 2023 22:40 Bizimkilər 1 844
Azərbaycanlı milyarder sahibi olduğu kluba "süpürgə çəkdi"

"Ximki"nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı Tufan Sadıqov klubun futbolçularla kütləvi şəkildə ayrılması ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, "RB Sport"a danışan Sadıqov məsələ haqda bu cür danışıb:

"Bir müddət əvvəl bəlli oldu ki, “Ximki” ən azı 9 futbolçu ilə yollarını ayıracaq. Denis Qluşakov, İlya Kuxarçuk, İlya Kamışev komandadan ayrılıb.

Baş məşqçi Spartak Qoqnievin klubu tərk edə biləcəyi ilə bağlı xəbərlər də müntəzəm olaraq yayılır. Mən yalnız şəxsi fikrimi deyə bilərəm.

İndi klubun ciddi transfer siyasəti davam edir. Bu barədə məlumat qapalıdır, ona görə də heç nə bilmirsiniz. Gedən futbolçular FNL oyunçularıdır.

Baş məşqçi məsələsinə gəlincə, bu komandanı Spartak Qoqniev formalaşdırmayıb. O, formalaşmış komandaya gəlmişdi.

Əvvəllər Sergey Yuran transferlərlə şəxsən özü məşğul olurdu. O fərqli futbol idi. İndi isə başqa komanda olacaq".

Rusiya Premyer Liqasında yarışan "Ximki" 17 turdan sonra 12 xalla turnir cədvəlinin 15-ci pilləsindədir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”
10 Sentyabr 02:00 "Neftçi"dən yeni satış