"Xaricə getməlisən ki, "Qarabağ" və "Neftçi"dən daha çox pul verən komanda axtarasan"

22 Yanvar 2023 00:30 Bizimkilər 888
"Xaricə getməlisən ki, "Qarabağ" və "Neftçi"dən daha çox pul verən komanda axtarasan"

Belarus mətbuatı keçmiş SSRİ ölkələrindən olan, Avropanın ən yaxşı beş liqasında legioner kimi çıxış edən futbolçular haqda yazı dərc edib.

Sportinfo.az xəbər verir ki, "Football.by" portalı xarici ölkələrdə oynayan azərbaycanlıları da qeyd edib.

Belaruslu həmkarlarımız Mahir Emreli və Renat Dadaşov barədə bunları yazıb:

"Azərbaycan da Belarus və Moldova kimi güclü liqalarda oyunçuları olması ilə öyünə bilməz. Ümumiyyətlə, ölkə xaricində çıxış edən Azərbaycan millisinin az oyunçusu var.

Evdə yaxşı baxırlarsa, xaricə yollanmağın nə mənası var? Xaricə getməlisən ki, "Qarabağ" və "Neftçi"dən daha çox pul verən komanda axtarasan.

Təbii ki, Azərbaycanın ən böyük təmsilçisi Türkiyədədir. Superliqa komandalarında yalnız "Beşiktaş"da yarımmüdafiəçi Berkay Vardar var.

Eyni zamanda, ilkin olaraq Azərbaycanın gənclər komandalarında çıxış edən futbolçu sonradan Türkiyə yığmasını seçib və artıq gənclər yığmasında oynayır.

Yəqin ki, daha çox Millətlər Liqasında Belarusa qol vuran Mahir Emerli güclü liqaya keçmək şansı var. 25 yaşlı hücumçu indi "Dinamo"da (Zaqreb) çıxış edir.

Almaniyada böyüyən, "Ayntraxt" və "Leyptsiq" məktəbi keçmiş “Qrasshopper”in 23 yaşlı forvardı Renat Dadaşovun da perspektivi yaxşıdı".

Digər Xəbərlər
Xəbər Lenti