"Dinamo” 5 futbolçusunu satır – Mahir onların arasında varmı?

21 Yanvar 2023 09:00 Bizimkilər 1 911
"Dinamo” 5 futbolçusunu satır – Mahir onların arasında varmı?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” 5 futbolçusunu satmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi aparıcı oyunçuları üçün təkliflər alıb.

Qış fasiləsində Avropanın başqa klublarına transfer edilməsi ehtimalı yüksək göstərilənlər qapıçı Dominik Livakoviç, müdafiəçi Boşko Şutalo, yarımmüdafiəçilər Ariyan Ademi, Luka İvanuşets və hücumçu Bruno Petkoviçdir.

“Dinamo” rəhbərliyi adıçəkilən oyunçuları satarsa, boşluğu akademiyanın gəncləri ilə dolduracaq. Rəhbərlik transferlərə yüksək məbləğdə pul xərcləmək fikrində deyil.

Xüsusən də, Petkoviçin gedişi ilə komandada cəmi 2 hücumçu qalacaq və Mahir Emreli əsas heyət üzvünə çevriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!