İlham Əliyev: “Keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub”

21 Yanvar 2023 03:40 Bizimkilər 538
İlham Əliyev: “Keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub”

“Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub.

Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında söyləyib.

Ötən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini bildirən dövlətimizin başçısı deyib:

“Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir.

Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.

Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!