Daha bir azərbaycanlı futbolçu Yunanıstan klubunda

23 Yanvar 2022 14:00 Bizimkilər 1 933
Daha bir azərbaycanlı futbolçu Yunanıstan klubunda

“Səbail”in müdafiəçisi Turan Manafovu icarəyə götürən “Olimpiakos” daha bir azərbaycanlı futbolçu ilə anlaşıb.

Yunanıstanın II liqa klubu ötən mövsüm “Neftçi”nin əvəzedici komandasında çıxış etmiş Nazim Bağırovu sıralarına qatıb.

22 yaşlı hücumçu Volos təmsilçisi ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə şərtlərini razılaşdırıb.

"Bakı" yetirməsi "Lans"ın bir müddət aşağı yaş qruplarından ibarət komandalarına cəlb olunub.

Gəncəli forvard ötən ilin yayında “Neftçi-2”dən ayrılıb və son olaraq Gürcüstanda - “Şevardeni”də oynayıb.

Dünən "Neftçi" ilə yollarını ayıran Xorxe Korre da Yunanıstana üz tutub.

29 yaşlı hücumameylli yarımmüdafiəçi tibbi müayinədən sonra "Olimpiakos Volos" ilə müqavilə imzalayacaq.

Argentinalı vinger II liqa təmsilçisi ilə 3 aylıq anlaşmaya varıb. Cənubi amerikalı bu müddətdə.30 min dollar qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!