Azərbaycanlı futbolçu Nepal klubunda - SON DƏQİQƏ

23 Oktyabr 2021 17:20 Bizimkilər 1 724
Azərbaycanlı futbolçu Nepal klubunda - SON DƏQİQƏ

Azərbaycanlı hücumçu Nurlan Novruzov karyerasını yenidən Nepalda davam etdirəcək.

28 yaşlı hücumçu "Maçxindira” ilə razılaşıb.

Bu barədə Sportinfo.az-a futbolçunun özü məlumat verib. O, bu ayın 26-sı Nepala yola düşəcək. Klub Nurlanın biletini yazılan tarixə alıb artıq.

Bu, Nurlanın Nepala ikinci dönüşüdür. O, daha əvvəl bu ölkənin "Lalitpur Siti" klubunun şərəfini qoruyub. Nepal Superliqasında 6 oyuna çıxıb və 2 qol vurub.

Nurlan Novruzov karyerası ərzində Azərbaycanda "Bakı”, "Sumqayıt”, "Səbail”, Türkiyədə "Şanlıurfa”, "Dersim 62 Spor”, Moldovada "Dinamo-Auto”, Estoniyada "Narva Trans” kimi klublarda forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?