Mahir: “Döyüşmədən, qaçmadan uğur qazanmaq çətindir“

14 Oktyabr 2021 16:40 Bizimkilər 488
Mahir: “Döyüşmədən, qaçmadan uğur qazanmaq çətindir“

“Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli Polşa mətbuatına növbəti müsahibəsini verib.

Sportinfo.az xəbər verir ki, Varvaşa təmsilçisi Polşa çempionatının X turunda səfərdə “Lexiya”ya 1:3 hesabı ilə məğlub olub.

24 yaşlı forvard bunun səbəbləri barədə danışıb: “Yüksək liqa çox tələbkar olduğu üçün keyfiyyətə ehtiyac var.

Döyüşmədən, qaçmadan uğur qazanmaq çətindir. Bütün komandalar müdafiə olunmağı, hücum etməyi bacarır.

Üç xal qazanmaq üçün həqiqətən də, çox səy göstərməlisiniz. Düşünürəm ki, burada ən vacib məqam sona qədər çalışmaq və mübarizə aparmaqdır.

Bəzən hətta döyüşkən ruh olmayanda keyfiyyət də kömək etmir“.

Digər Xəbərlər
Xəbər Lenti