Mahirdən maraqlı fikir: “Bəzi ölkələrdə vəziyyət Azərbaycandakı kimidir”

26 Sentyabr 2021 20:40 Bizimkilər 869
Mahirdən maraqlı fikir: “Bəzi ölkələrdə vəziyyət Azərbaycandakı kimidir”

"Liqa qiymətləndirilməyə bilər, amma ölkə çempionunu qiymətləndirmək lazımdır”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər “Legiya”da legioner həyatı yaşayan Mahir Emreliyə məxsusdur.

Yayda “Qarabağ”dan gedən 24 yaşlı hücumçu Azərbaycanda Polşa çempionatının qiymətləndirilməməsinə də münasibət bildirib:

“Bəzi ölkələrdə vəziyyət Azərbaycandakı kimidir. Bolqarıstanda çempionat Polşadakından zəifdir, amma "Ludoqorets" güclü komandadır.

Ardıcıl 6-cı dəfə avrokubokların qrupuna yüksəlib. Avstriyada da çempion digərlərinə nisbətən böyük üstünlüyə malikdir.

Ölkə çempionunun daha yaxşı olması liqanın yüksək səviyyədə olduğu anlamına gəlmir".

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq