Polyak qızı Mahirə eşq elan etdi: O, niyə sevilir?– YENİ MARAQLI VİDEO+FOTOFAKT

23 Sentyabr 2021 20:00 Bizimkilər 1 033
Polyak qızı Mahirə eşq elan etdi: O, niyə sevilir?– YENİ MARAQLI VİDEO+FOTOFAKT

Yerli futbolçularımızın ölkə xaricində uğurlu çıxış etməsinin üstünlükləri saymaqla bitməz.

Milli komanda fayda görür, futbolçu özü inkişaf edir, başqa yerli futbolçulara yol açılır və.s, və.i Amma bir məqam var ki, o, çox vacibdir.

Legioner futbolçu ölkə xaricində ölkəni təmsil edir. Atdığı addım, dediyi söz, göstərdiyi davranış həm də ölkənin adına sayılır.

Bu baxımdan Mahir Emreli bir nümunədir. Polşaya getdiyi 3-4 ay olmasına baxmayaraq, fəxr etdiyimiz həmyerlimiz təkcə vurduğu qollarla yox, həm də göstərdiyi insanlıq halı ilə polşalıların könlündə taxt qurmağı bacarıb.

Dünən ölkə kuboku çərçivəsində baş tutan oyunda Mahir vurduğu qoldan çox yerli azarkeşlə arasında yaşanan duyğusal anlarla gündəm oldu.

Çünki Mahir Emreliyə yaranan sevgi, qeyri-ixtiyarı onun doğulduğu ölkəyə qarşı da yaranır.

Gənc futbolçu çiyinlərində böyük futbolçu olmaqdan əlavə, həm də 9 milyonluq vətənin adını layiqincə təmsil etmək yükü durur.

Bu ağır və şərəfli yolda Mahir Emreliyə ən azı arxada qalan 3-4 aydakı kimi mətn və əmin addımlarla irəliləməyi arzu edirik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti