“Mənim üçün ağır oldu, amma öhdəsindən gəldim”

25 İyul 2021 00:42 Bizimkilər 1 104
“Mənim üçün ağır oldu, amma öhdəsindən gəldim”

Bu yay Ukraynada “Minay”dan “Kolos”a keçən Anatoli Nuriyev açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü olan hücumçu 1 illik müqavilə imzaladığı yeni komandasına uyğunlaşmağa çalışdığını deyib:

“Mənim üçün bir az çətin oldu. Bir az daha güclənməyə çalışıram. Hazırda ideal formada deyiləm, ancaq zamanla daha yaxşı olacam.

Yeni təəssüratlar, duyğular var. Burada hər şey yaxşıdır. Təlim-məşq toplanışımız uğurlu keçdi.

Hardasa mənim üçün ağır oldu, amma öhdəsindən gəldim. İndi kollektivə uyğunlaşmağa çalışıram. Hesab edirəm ki, uyğunlaşma yalnız vaxtla bağlı məsələdir.

Prinsipcə, burada hər şey xoşuma gəlir. Qarşıdakı oyuna (“Veres”lə Premyer Liqa matçı) əla köklənmişəm. Yeni təəssüratlar, emosiyalar almaq istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?