Mahir “Krasnodar”la oyunda nələr etdi? – VİDEO+FOTOREPORTAJ

24 İyun 2021 11:00 Bizimkilər 1 192
Mahir “Krasnodar”la oyunda nələr etdi? – VİDEO+FOTOREPORTAJ

Emrelinin çıxış etdiyi “Legiya” bu gün Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi Rusiya “Krasnodar”ı ilə qarşılaşıb.

Görüş bərabərliklə başa çatıb - 1:1. Mahir Emreli start heyətində meydana çıxdığı oyunda komandasının yeganə qoluna imza atıb.

O, 39-cu dəqiqədə fərqlənib və 70-ci dəqiqədə əvəzlənib.

Mahir daha əvvəl “Legiya”nın “Bişofshofen”lə yoxlama oyununda iştirak etmiş və het-trikə imza atmışdı. O, 5:0 hesablı qələbəyə sevindikləri həmin görüşdə 60 dəqiqə meydanda olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti