"Neftçi"nin bir problemi ola bilər, o da..."

23 İyun 2021 23:00 Bizimkilər 1 212
"Neftçi"nin bir problemi ola bilər, o da..."

“Futbol adamı kimi istəyirəm ki, hər bir klubumuz avrokuboklarda qrup mərhələsində iştirak etsin.

Əsas arzu bundan ibarətdir. Amma reallıq onu deyir ki, yeni oyunçular, yeni transferlər lazımdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında milli komandamızın sabiq üzvü Vaqif Cavadov avrokuboklarda çıxış edəcək klublarımız haqda danışarkən deyib.

“Qarabağ”ın keçmiş hücumçusu Ağdam klubunun Konfrans Liqasında, "Neftçi"nin isə Çempionlar Liqasında uğurlu çıxış edəcəyinə inandığını bildirib:

“Bu komandaların şanslarını yüksək dəyərləndirirəm. Mənim fikrimcə, öz sözlərini deyə biləcəklər.

“Neftçi"nin bir problemi ola bilər, o da Kaxaber Sxadadze amili. Uzun illər Bakı “İnter”ində (indiki "Keşlə" – red.) baş məşqçi olub. Məncə, Azərbaycan çempionatını yaxından izləyir.

Bütün komandalarımızın oyun üslubundan xəbəri var. Dediyim kimi əsas problem bu ola bilər. Bu sözlərə görə azarkeşlər məni səhv başa düşməsinlər. Amma bir çox məqamlarda "Neftçi" rəqibindən üstündür".

V.Cavadov Konfrans Liqasında çıxış edəcək "Sumqayıt" və "Keşlə"nin şanslarını isə belə qiymətləndirib: "Sumqayıt"demək olar bu il az futbolçu ilə yollarını ayırdı.

Düşünürəm ki, oturuşmuş heyət onların xeyrinə olacaq. "Keşlə"yə gəldikdə isə hər il komandadan 10 nəfər gedir, 10 nəfər gəlir. Bu, mənim sözüm deyil, təkrarlanan bir faktdır.

Klubun strategiyası elədir. Buna görə onlar haqda heç bir şey deyə bilmərəm. Amma 1 ildə komandanı yığmaq, oynatmaq, ümumiyyətlə, vahid sistemə salmaq çox çətindir. Lakin onu da deyək ki, bu klub hər il Avropada çıxış edir”.

Digər Xəbərlər
Xəbər Lenti