Səfərbərlik elan edilməsiylə bağlı yayılan xəbərlərə - Rəsmi reaksiya

2 Mart 2021 19:10 Bizimkilər 1 755
Səfərbərlik elan edilməsiylə bağlı yayılan xəbərlərə - Rəsmi reaksiya

Sportinfo.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti son günlər hərbi qulluqçuların yenidən səfərbər ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Məlumatda bildirilir ki, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür.

Hazırda bununla bağlı Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil və bununla bağlı hansısa göstəriş verilməyib.

Digər Xəbərlər
Xəbər Lenti