"Xəzər Lənkəran"ın yetirməsi legioner oldu - FOTO

23 Fevral 2021 13:20 Bizimkilər 790
"Xəzər Lənkəran"ın yetirməsi legioner oldu - FOTO

Azərbaycanın U-21 millisinin üzvü İbrahim Qədirzadə karyerasını Gürcüstanda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Samtredia" ilə müqavilə imzalayıb.

Yüksək liqa klubu müqavilənin detallarını açıqlamayıb.

"Xəzər Lənkəran"ın yetirməsi 2019-cu ildə MOİK-lə divizion çempionluğu yaşayıb, "Qarabağ"ın U-19 komandasında UEFA Gənclər Liqasının iştirakçısı olub. O, son olaraq "Neftçi"də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti