Azərbaycan millisinin hücumçusu İspaniya klubu ilə müqavilə imzaladı

3 İyul 2020 21:20 Basketbol 1 195
Azərbaycan millisinin hücumçusu İspaniya klubu ilə müqavilə imzaladı

Qadınlardan ibarət Azərbaycan millisinin basketbolçusu Aleks Mollenhauerin yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu karyerasını İspaniyada davam etdirəcək.

1,83 m boya malik basketbolçu “Leqanes”lə anlaşıb. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Milliləşdirilmiş amerikalı son iki mövsümü ölkəsinin Tələbə İdmanı Milli Assosiasiyasında (NCAA) mübarizə aparan Anderson Universitetində keçirib. O, ikinci divizionda hər oyunda orta hesabla 19,7 xal, 8,2 topalma və 3,4 ötürməyə imza atıb.

Azərbaycanın 3x3 yığmasının üzvü NCAA ikinci divizionunda mövsümün rəmzi komandasına daxil edilib. “Leqanes” İspaniya çempionatının II divizionunda ötən mövsüm A qrupunda 4-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"