Azərbaycan klubu türkiyəli oyunçunu heyətinə qatdı

21 Fevral 2025 08:40 Basketbol 1 428
Azərbaycan klubu türkiyəli oyunçunu heyətinə qatdı

"Quba" heyətinə türkiyəli basketbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Şəhriyar Əsgərovun baş məşqçisi olduğu kollektiv Tunahan Aslantaşla anlaşıb.

O, mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.

2003-cü il təvəllüdlü türkiyəli basketbolçu artıq "Quba"nın düşərgəsinə qoşulub. O, karyerası ərzində “Samsun İlkadım”, “Bossan”, “AAF Xırdalan” və “Sərhədçi”də oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti