"Lənkəran"ın baş məşqçisi narazı qaldı, üzr istədi

15 Mart 03:20 Basketbol 268
"Lənkəran"ın baş məşqçisi narazı qaldı, üzr istədi

"Qalib gəlmək üçün çalışdıq, amma 4-cü periodda (8:22) çox zəif oyun nümayiş etdirdik".

Sportinfo.az xəbər verir ki, "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XVIII turunda "Quba"ya 86:95 hesablı məğlubiyyəti şərh edib:

"Son dövrədəki çıxış məğlubiyyətin əsas səbəbi oldu. Oyunda vacib xallar qazanan və əla hücumlar edən Zaur Paşayevlə bacarmadıq.

Ötən matçda olduğu kimi yenə də çoxlu top itkiləri yaşadıq ki, bu da əks hücumlarla yadda qaldı. Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm".

"Lənkəran" cəmi 3 qələbə ilə B qrupunda sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?