Azərbaycan Baskutbol Federasiyasının (ABB) prezidenti Emin Əmrullayev futbol üzrə Premyer Liqada mübarizə aparan bəzi klubların rəhbərlərinə müraciət edib.
Eyni zamanda elm və təhsil naziri postunu tutan ABB-nın birinci şəxsi onlara basketbol üzrə komanda yaratmalarını təklif eləyib.
Elita təmsilçiləri bu çağırışa isti yanaşsalar, federasiyadan maliyyə dəstəyi də alacaqlar.
ABB dəvəti geri çevirməyən hər bir yeni iştirakçıya illik olaraq 300 min manat ayıracaq.
Hazırda Premyer Liqanın 10 yarışmaçısından ikisi basketbol çempionatında varlıq göstərir. Onlardan biri «Sabah», digəri «Sumqayıt»dır.
SPORTİNFO.AZ

