"Çox zəif təsir bağışladıq"

6 Mart 2025 04:00 Basketbol 691
"Çox zəif təsir bağışladıq"

"Təşkil etdiyimiz hücumlar zamanı topun səbətə göndərilməsində ciddi problemlər yaşadıq".

Sportinfo.az xəbər verir ki, bunu “Ordu” baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının XVI turunda “Şəki”yə qarşı keçirdikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis rəqibin imkanlardan daha yaxşı istifadə etdiyini vurğulayıb:

“İlk olaraq “Şəki” klubunu qələbə münasibəti ilə təbrik edirəm. Bu gün aparıcı oyunçularımızın fəallığı ilə nəticə qazanmaq istəyirdik.

Bütün planlarımızı buna uyğun qurmuşduq. Ancaq bizim günümüz deyildi.

Əvvəla, atışlarda çox zəif təsir bağışladıq. Təşkil etdiyimiz hücumlar zamanı topun səbətə göndərilməsində ciddi problemlər yaşadıq.

Digər tərəfdən onlar bu gün imkanlardan daha yaxşı istifadə etdilər. Bu səbəblərə görə uduzduq.

Artıq bunu yaddan çıxarmalı və “Sumqayıt”la qarşılaşmaya hazır olmalıyıq”.

"Şəki" - "Ordu" qarşılaşması meydan sahiblərinin 89:74 hesablı qələbəsi ilə bitib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA