Azərbaycanda sonuncu oyunu kim qazandı?

2 Mart 2025 03:10 Basketbol 644
Azərbaycanda sonuncu oyunu kim qazandı?

Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, günün sonuncu matçında "Şəki" "Lənkəran"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 81:75.

"Şəki" B qrupunda 26 xalla ikinci, qonaqlar 18 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.

XV turun daha əvvəl baş tutan görüşlərində “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Gəncə” “Sumqayıt”ı 90:81, “Sərhədçi” NTD-ni 84:83, "Naxçıvan" isə "Sabah"ı 85:82 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA