"Neftçi"nin məşqçisi: “Müdafiəni düzgün qursaq, buna nəzarət etsək...”

27 Fevral 2025 04:00 Basketbol 763
"Neftçi"nin məşqçisi: “Müdafiəni düzgün qursaq, buna nəzarət etsək...”

"Abşeron"la qarşılaşma bizim üçün önəmli idi".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XV turunda "Abşeron"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

“İlk olaraq oyunçularımızı və azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bu, bizim üçün önəmli qarşılaşma idi.

Oyun ərzində müdafiəni düzgün qursaq, ribaundlara və ötürmələrə nəzarət etsək, hər zaman qələbə qazana bilərik. Komandamızın yüksək potensialı var".

"Neftçi" - "Abşeron" matçı birincilərin 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA