Azərbaycan klubu heyətini türkiyəli oyunçu ilə gücləndirdi

27 Fevral 2025 02:20 Basketbol 624
Azərbaycan klubu heyətini türkiyəli oyunçu ilə gücləndirdi

"Quba" basketbol klubu heyətini türkiyəli oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Yusuf Erdemlə cari mövsümün sonuna qədər anlaşıb. 22 yaşlı oyunçu artıq komandanın məşqlərinə qoşulub.

Türkiyənin Kocaeli şəhərində dünyaya gələn Yusuf Erdem "Quba"ya qədər "Derince Yenikent", "Darıca Gənclərbirliyi" klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA