Azərbaycan millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılacaq

24 Fevral 2025 02:00 Basketbol 750
Azərbaycan millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılacaq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Raşa Deliç ilə müqavilənin müddəti uzadılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov məlumat verib.

Onun sözlərinə görə, serbiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanacaq.

Çalışdırıcı müqavilə bağlamaq üçün yaxın zamanda Bakıya gələcək.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması tarixində ilk dəfə Raşa Deliçin rəhbərliyi altında “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA