Azərbaycan klubu Çempionlar Liqasında oynamış türkiyəlini transfer etdi

17 Fevral 2025 08:50 Basketbol 1 544
Azərbaycan klubu Çempionlar Liqasında oynamış türkiyəlini transfer etdi

"Abşeron" heyətini yeni basketbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, türkiyəli Ömər Yavaş mövsümün sonuna qədər "Abşeron"un uğurları üçün çalışacaq.

24 yaşlı oyunçu son olaraq ölkəsinin I Liqa komandası "Kapaklıspor"da çıxış edib.

O, karyerası ərzində "Tofaş" və "Yalovaspor"un da şərəfini qoruyub. Türkiyəli basketbolçu "Tofaş"da keçirdiyi illər ərzində Avropa Kuboku, Çempionlar Liqası kimi turnirlərdə forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti