Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək komandalar - SİYAHI

31 Yanvar 08:40 Basketbol 751
Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək komandalar - SİYAHI

Azərbaycanda ilk dəfə baş tutacaq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələsində iştirak edəcək komandalar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarışda kişilərdən ibarət millimizlə yanaşı, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda və İran yığmaları mübarizə aparacaq.

Qadınların yarışına isə Azərbaycan, Çili, Latviya, Çin Taypeyi, Braziliya və Misir kollektivləri qatılacaq.

Qarşılaşmalar mayın 24-25-də Bakıda təşkil olunacaq.

Kişi və qadın kateqoriyalarında seçmə mərhələnin ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi