"Neftçi" hələ nə qədər uduzacaq?

11 Dekabr 2024 02:10 Basketbol 431
"Neftçi" hələ nə qədər uduzacaq?

"Neftçi" cari mövsüm Azərbaycan Basketbol Liqasında keçirdiyi 6-cı oyunda da məğlub olub.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan "ağ-qaralar" VI turda "Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 83:72.

Xallarının sayını 11-ə çatdıran "Naxçıvan" 1-ci pillədə qərarlaşıb. 6 xalı olan "Neftçi" sonuncu - altıncıdır.

"Sabah" "Sərhədçi"yə qalib gəlib. A qrupunun oyununda "bayquşlar" 67:64 hesablı qələbə qazanıb.

Turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada